Haqqımızda`
Haqqımızda
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tərkibində fəaliyyət göstərən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Qan Bankı 16 iyul 2024-cü il tarixli 151 nömrəli Fərmanın 1-ci hissəsinə uyğun olaraq yaradılmışdır. Respublika Qan Bankı publik hüquqi şəxs statusuna malikdir.
Respublika Qan Bankının əsas məqsədi ölkə üzrə səhiyyə müəssisələrinin təhlükəsiz və keyfiyyətli qan və qan komponentlərinə olan tələbatının qarşılanmasına dəstək vermək, könüllü donor hərəkatını təşviq etmək və qan ehtiyatlarının dayanıqlı şəkildə formalaşdırılmasını təmin etməkdir. Fəaliyyət çərçivəsində donorların qəbulu, qan götürülməsi, müayinə və emal prosesləri, qan komponentlərinin hazırlanması, saxlanılması və tibb müəssisələrinə çatdırılması istiqamətində işlər həyata keçirilir.